"Qarabağ" və "İnter"in futbolçuları Cavid Hüseynovu ziyərət etdi

21:00 - 10 Sentyabr 2015

"Onu səbrli olmağa çağırdıq"
 
Bu gün "Qarabağ"ın futbolçusu Qara Qarayev və "İnter"li Mirhüseyin Seyidov jurnalist Rasim Əliyevin ölüm işində təqsirləndirilərək, barəsində 3 aylıq həbs qəti-imkan tədbiri seçilən Cavid Hüseynovla görüşüb.
 
Sportal.az sport7.az-a istinadən xəbər verir ki, onlarla birlikdə "Qəbələ"nin sabiq həkimi Rahim Məhərrəmmov da həbsdə olan futbolçunun görüşünə gedib.
 
Bu haqda açıqlama verən Mirhüseyin Seyidov görüş barədə danışıb: "Cavidin vəziyyəti normaldi. Çalışdıq ki, ona ürək-dirək verək, səbrli olmağa çağırdıq. Həqiqətən də onun günahı yoxdur. Gözləyirik ki, Cavidin barəsində ədalətli qərar çıxarılsın. Cavid özü də adının belə bir hadisədə hallandırılmasına görə çok peşimandır".

Xəbər xətti