"Qəbələ"nin braziliyalısı ən azı 1 ay oynamayacaq

18:38 - 13 Sentyabr 2015

Müdafiəçinin zədəsi ciddidir
 
“Qəbələ” aparıcı futbolçusu Rafael Santosun xidmətindən məhrum olub.
 
Sportal.az xəbər verir ki, bu haqda Futbolxeber.az saytına “Qəbələ”nin meneceri Səbuhi Səfiyarlı məlumat verib. Klub rəsmisi qeyd edib ki, “Çernomorets”lə oyunda zədələnən braziliyalı müdafiəçi tibbi müayinədən keçdikdən sonra onun durumunun ciddi olduğu aşkarlanıb. Həkimlərin sözlərinə görə, Rafael Santos zədəsini yalnız 1 aydan sonra bərpa edəcək. Bu müddətdə braziliyalı futbolçu məşqlərə qatıla bilməz.
 
Qeyd edək ki, Santos Avroliqanın qrup mərhələsində ilk iki oyunda komandasına kömək edə bilməyəcək. 

Xəbər xətti