Məşqlərinə ara vermədən...
Avropa Liqasının qrup mərhələsində mübarizə aparacaq "Qəbələ" PAOK-la (Yunanıstan) oyununun hazırlıqlarını davam etdirir.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan Premyer Liqasının IV turunun "İnter"lə sentyabrın 12-də Bakıda keçirilən oyunundan (1:2) sonra məşqlərinə ara verməyən "qırmızı-qaralar" qrupdakı ilk sınağına Qəbələdə hazırlaşır.
Son matçın səhərisi gün bərpaedici məşqi paytaxtda gerçəkləşdirən Qəbələ təmsilçisi ADBTİA stadionunda çalışıb. Dünən Qəbələdə məşq edən Roman Qriqorçukun yetirmələri bu gün də doğma stadionda hazırlıq keçəcək. Sabah baş tutacaq oyunöncəsi son məşq isə qarşılaşmanın keçiriləcəyi "Bakcell Arena"ya təsadüf edəcək.
Qeyd edək ki, "Qəbələ” – PAOK oyunu sentyabrın 17-də keçiriləcək. Qarşılaşma saat 22:00-da başlayacaq. Görüşü ispaniyalı hakimlər briqadası idarə edəcək.