"Məni komandamın gözəl oyunu maraqlandırır"
“Rəqib haqda müəyyən məlumat toplamışıq. Əvvəlki oyunlarda hansı komandaları mübarizədən kənarlaşdırdıqlarını bilirik”.
Sportal.az xəbər verir ki, bu sözləri PAOK-un baş məşqçisi İqor Tudor Avropa Liqasının qrup mərhələsində sabah “Qəbələ”yə qarşı keçiriləcək oyun üçün təşkil etdiyi mətbuat konfransında deyib.
-Sabah Kadze kimi futbolçunuzun meydana çıxa bilməməsi işinizi nə dərəcədə çətinləşdirəcək.
- O, bizim üçün çox önəmli futbolçudur. Ancaq təəssüf ki, zədə səbəbindən bizə kömək edə bilməyəck. Onun yoxluğunu hiss etdirməyəcək futbolçularımız da var.
- “Qəbələ” klubu haqda hansı fikirdəsiniz? Rəqibinizin “Panatinaikos”u keçməyi sizə nə deyir?
- “Panatinaikos” kimi komandanı mübarizədən kənarlaşdırmaq elə-belə iş deyil. “Qəbələ” hücumda təhlükəlidir. Maraqlı, keyfiyyətli futbolçular var. Hər zaman yaxşı nəticə qazanmaq üçün oynayırıq. Məni komandamın gözəl oyunu maraqlandırır. Yaxşı oyun göstərsək, nəticə özü gələcək.
- PAOK bu mövsüm evdə yaxşı, səfərdə isə zəif çıxış edir. Sabahkı oyunda heç-heçəyə razısınız?
- Əvvəlcə onu deyim ki, qalib gəlməklə pis oyun sərgiləyən arasında fərq çoxdur. Səfərdə pis oyun göstərməyimiz fikri ilə razı deyiləm. (qol.az)
saytlarin hazirlanmasi