Klubdan rəsmi açıqlama
"Qəbələ" klubu dünən PAOK-la oyunun gec bitməsi ilə əlaqədar Bakı Metropoliteninə metronun gecə 01:30-da bağlanması ilə bağlı müraciət edib "hə" cavabı almışdı.Lakin mətbuatda gedən məsələlərə görə, Metropoliten saat 01:30-da yox, 01:00-da qapıları sərnişinlərin üzüznə bağlayıb.
Sportal.az xəbər verir ki, bu məsələ haqda "Qəbələ" Futbol Klubu rəsmi "facebook" səhifəsində bu məsələ bağlı açıqlama yayıb:
"UEFA Avropa Liqası çərçivəsində keçirilmiş Qəbələ - PAOK matçının gec saatlarda başa çatacağını nəzərə alan klubumuz oyundan öncə Bakı Metropoliteninə müraciət edərək, iş rejiminin saat 01.30-a qədər davam etməsi ilə bağlı razılıq əldə etmişdi. Saat 23.50-də başa çatan oyundan sonra saat 01.00-a qədər metronun giriş, 01.40-a qədər çıxış qapıları açıq olmuşdur. Yaranmış anlaşılmazlıqla bağlı, bildiririk ki, metropolitenin mətbuat xidmətinin klubumuza verdiyi məlumata görə, giriş qapılarının saat 01.00-da bağlanmasına səbəb sərnişinlərin metroya gəlməməsi olmuşdur.
Klubumuz komandanın növbəti matçlarında da azarkeşlərin stadiona rahat gediş-gəlişi üçün lazımi tədbirlər görəcək".
saytlarin hazirlanmasi