İki illik razılaşma
Hazırda "Qəbələ" İdman Klubu "Qafqaz Point" oteldə mətbuat konfransı keçirir.
Sportal.az xəbər verir ki, bu gün "Qəbələ" Futbol klubu beynəlxalq geyim brendlərindən sayılan "Sarar" şirkəti ilə iki illik sponsorluq müqaviləsi imzalayır.
"Sarar" şirkətin Azərbaycan nümayəndisi Mesut Demirtaş da öz fikirlərini bildirib:
"Biz də "Qəbələ" ilə sponsorluq müqaviləsindən çox məmnunuq. 1996-cı ildən bəri Türkiyə milli komandasının sponsoruyuq. 1996-2013-cü illərdə "Qalatasaray"la sponsorluq müqaviləmiz olub. "Qəbələ" də bu mövsüm Avroliqada öz sözünü deyib, inanırıq ki, qrup mərhələsində uğurlu nəticə qazanıb, növbəti mərhələyə vəsiqə qazanacaq"
saytlarin hazirlanmasi