"Qəbələ"dən "Krasnodar"la matça gələn azarkeşlərə şad xəbər

13:16 - 10 Dekabr 2015

Səyyar satış təşkil ediləcək

 

Avroliqanın qrup mərhələsinin son turu çərçivəsində Bakcell Arenada keçiriləcək "Qəbələ"-"Krasnodar" oyununa gələcək azarkeşləri, təmiz və keyfiyyətli qidalarla təmin etmək üçün, Başkent Restoran və Şirniyyat evi, səyyar satış xidməti təşkil edəcək.

 

Sportal.az xəbər verir ki, "Qəbələ" klubunun təşəbbüsü ilə stadiona gələcək bütün insanların yararlana bilməsi üçün, məhsullar uyğun qiymətlərlə təqdim ediləcək. Satışa çıxarılacaq məhsulları əldə etmək üçün, Başkent Restoran və Şirniyyat evinin, stadionun yemək/içmək bölməsində yerləşən səyyar satış nöqtəsinə yaxınlaşmağınız tövsiyə olunur.

Xəbər xətti