"Afərin" dedim, onlardan razılığımı bildirdim"
“Bizim üçün Avrokubok macərası bu mövsümlük başa çatdı”.
Sportal.az apasport.az-a istinadən xəbər verir ki, bunu “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk deyib.
Avropa Liqasının qrup mərhələsinin son matçında Rusiya təmsilçisi “Krasnodar”ı qəbul edən “qırmızı-qaralar” meydanı 0:3 hesablı məğlubiyyətlə tərk edib. Bununla, “Qəbələ” yer aldığı C qrupunu 2 xalla sonuncu pillədə başa vurub. Matçdan sonra təşkil edilən mətbuat konfransında fikrilərini bildirən ukraynalı mütəxəssis son görüşlə bağlı bunları deyib: “Qrup mərhələsində pis çıxış etmədik. İşləyəcəyimiz materialın nədən ibarət olduğunu gördük. İrəli baxmalı və öz üzərimizdə çalışmalıyıq”.
- Bu oyunda olmazdı ki, yerli futbolçulara daha çox şans verərdiniz?
- Mən başa düşə bilmirəm ki, niyə yerli-əcnəbi bölgüsü aparmalıyıq? Komanda şəklində çıxış edirik. Bunun müzakirəsini anlaya bilmirəm. Komandada kim hazır olursa, o da meydana çıxır. Başqa variantı düşünə bilmərik. Çempionatda reqlament başqa cürdü, orda yerli oyunçulara şans veririk.
- Oyundan sonra paltardəyişmə otağında futbolçulara nə dediniz?
- “Afərin” dedim, onlardan razılığımı bildirdim.
- Komanda ikinci hissədə sanki meydanda donmuşdu. Bunun səbəbi nə idi?
- Düşünmürəm ki, biz soyuqdan donmuş kimi görünürdük. Oyuna yaxşı başlamışdıq, üstünlük bizim tərəfimizdə idik. Qol vəziyyətlərindən yararlana bilmədik. Onları qınamıram. Popoviç səhvdən qol buraxandan sonra fasilədə ona dedim ki, həvəsdən düşmə. O da ikinci hissədə xarakter göstərdi. Ümumilikdə, komandadan razı qaldım
saytlarin hazirlanmasi