Pereyra komandadan ayrılır
"Qəbələ” hücumçusu Fakundo Pereyra ilə yollarını ayırmağı planlaşdırır.
Sportal.az xəbər verir ki, argentinalı futbolçu karyerasını ölkəsində davam etdirəcək. Bu barədə yerli mətbuata açıqlamasında futbolçunun meneceri Luis Belveder məlumat verib. O, Fakundonun dekabrın 21-də "Qəbələ”dən ayrılacağını vurğulayıb. Pereyra menecerinə ölkəsində klub axtarmağı da tapşırıb.
Qeyd edək ki, Fakundo geridə qalan müddət ərzində "Qəbələ”nin heyətində 18 oyun keçirib və 5 qol vurub.
saytlarin hazirlanmasi