Roman Qriqorçuk: "İstefa məsələsinə şərhim yoxdur"

21:10 - 16 Dekabr 2015

"İlk hissədə bəzi oyunçular məsuliyyəti öz üzərlərinə götürə bilmədilər"
 
 
Premyer Liqanın 17-ci turunda "Qəbələ" səfərdə "Zirə"yə 1 - 0 hesabı ilə məğlub olub.
 
Sportal.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında "qırmızı-qaralar"ın baş məşqçisi Roman Qriqorçuk oyun haqda fikirlərini bildirib:
 
“İstefa məsələsinə şərhim yoxdur. Oyundan öncə Sergey Zenyovla danışmışdıq, zədədən yeni qayıdıb. Erkən əvəzləməkdə məqsəd Zenyovu zədədən qorumaq idi. Mən futbolçulara təşəkkür edirəm, oyunu isə qarşıdakı günlərdə təhlil edəcəyik. İlk hissədə bəzi oyunçular məsuliyyəti öz üzərlərinə götürə bilmədilər, ikinci hissədə isə belə hal yaşanmadı”. 

Xəbər xətti