2017-ci ilin iyununadək uzadılıb
"Qəbələ" rəhbərliyi müqaviləsi qışda başa çatan futbolçulardan daha biri ilə bağlı qərar verib.
Sportal.az xəbər verir ki, klubun meneceri Səbuhi Səfiyarlı Sportnet.az-a açıqlamasında Rafael Santosla yeni müqavilə imzaladıqlarını bildirib.
Onun sözlərinə görə, braziliyalı müdafiəçi ilə anlaşma müddəti 2017-ci ilin iyununadək uzadılıb. Səfiyarlı müqaviləsi başa çatacaq digər oyunçulardan George Floresku və Vüqar Nadirovun göndərildiyini, Vaqif Cavadov barədə isə dekabrın 21-də qərar veriləcəyini dilə gətirib.
Qeyd edək ki, Rafael Alveş dos Santos "Qəbələ"yə 2014-cü ilin yanvarında keçib. 31 yaşlı mərkəz müdafiəçisi "qırmızı-qara" forma ilə 50-dən çox oyuna çıxıb.
saytlarin hazirlanmasi