Qriqorçuk: "Məqsədimiz bir il ərzində sıçrayıb atəş açan yox, daim ən yüksək səviyyədə çıxış etməyə qadir komanda yaratmaqdır"

11:45 - 22 Dekabr 2015

"Rəhbərliyi məyus etməmək üçün hər şeyi edəcəyəm"

 

Roman Qriqorçukun "Qəbələ" ilə olan müqaviləsini 2017-ci ilədək uzatması barədə xəbər vermişdik.

 

Sportal.az xəbər verir ki, Qriqorçuk "Futbol 2" telekanalına açıqlamasında bu barədə bir sıra fikirlər səsləndirib:

 

"Rəhbərliyin istəyini yerinə yetirməkdən ötrü bütün gücümü və ürəyimi qoyacağam. Məqsədimiz bir il ərzində sıçrayıb atəş açan yox, daim ən yüksək səviyyədə çıxış etməyə qadir komanda yaratmaqdır".

Xəbər xətti