"Astra" ilə anlaşacağı daha real görünür
"Qəbələ"dən ayrılan futbolçu Georgi Floresku karyerasını vətənində davam etdirə bilər.
Sportal.az xəbər verir ki, təcrübəli yarımmüdafiəçi ilə Rumıniyanın bir neçə klubu maraqlanır. Onun "Astra" ilə anlaşacağı daha real görünür. Amma Floresku hələ qərar verməkdə tələsmək istəmir. Onun yeni komandasının adına yaxın günlərdə aydınlıq gələcək.
Qeyd edək ki, "Qəbələ"yə mövsümün əvvəlində transfer olunan rumın futbolçu Premyer Liqada birinci dövrə başa çatmamış komandadan ayrılıb.
saytlarin hazirlanmasi