Qriqorçuk: "Düşünürəm ki, Ukrayna millisi qrupdan çıxacaq"

18:59 - 26 Dekabr 2015

"İndi bu yük üzərimizdən götürülüb"

 

"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Ukrayna millisinin Avro-2016-dakı şanslarını dəyərləndirib.

 

Sportal.az xəbər verir ki, təcrübəli mütəxəssis ölkəsinin mətbuatına verdiyi açıqlamada milli komandanın qrupdan çıxacağına inandığını bildirib: "Düşünürəm ki, Ukrayna millisi qrupdan çıxacaq. Seçmə mərhələ və pley-off oyunlarında nəticələrə görə məsuliyyət var idi. Ancaq indi bu yük üzərimizdən götürülüb. Yığmada kifayət qədər keyfiyyətli futbolçular var. Onları düzgün qiymətləndirməliyik. Onlar Almaniya ilə görüşdə hər hansı inanılmaz bir şey etmək məcburiyyətində deyillər. Bizim futbolçular pis deyil".

Xəbər xətti