Qapıçı Murad Popov, yarımmüdafiəçilər Əli Sadıxovla Fərid Nəbiyev
Azərbaycanın 17 yaşlılardan ibarət yığma komandası (U-17) Rusiyanın Sankt-Peterburq şəhərində keçiriləcək FİFA-nın Ivitse-prezidenti Valentin Qranatkinin xatirə turnirində iştirak edəcək.
Sportal.az xəbər verir ki, bu məqsədlə yığmamız dekabrın 18-dən Bakıda təlim-məşq toplanışındadır. Baş məşqçi Təbriz Həsənovun dəvət etdiyi 25 futbolçu arasında “Qəbələ”nin 3 təmsilçisi var. Bunlar qapıçı Murad Popov, yarımmüdafiəçilər Əli Sadıxovla Fərid Nəbiyevdir. Fərid eyni zamanda U-17-nin kapitanıdır.
Təbriz Həsənovun yetirmələri toplanış müddətində 2 yoxlama oyunu keçiriblər. “Bayıl Arena”da baş tutan matçlarda rəqiblər U-18 və U-20 yığmaları olub. 17 yaşlılar yaşda böyük yığmalarda matçlarda özlərini yaxşı tərəfdən göstərərək məğlub olmayıblar. U-17 U-18-lə görüşdə 3:1 hesablı əzmkar qələbə qazanıb. Təbriz Həsənovun komandasının U-20 yığmasıyla yoxlama matçı isə heç-heçə nəticələnib – 2:2.
U-17-nin çalışdırıcısı hazırlıq planında sonradan dəyişiklik edib. Belə ki, yanvarın 25-də başa çatmalı olan toplanışın müddəti dekabrın 30-dək artırılıb.
Qeyd edək ki, Valentin Qranatkinin xatirəsinə həsr olunan ənənəvi xatirə turniri yanvarın 2-dək 13-dək keçiriləcək. “C” qrupunda yer
alan yığmamızın rəqibləri Sloveniya, Latviya və Bolqarıstan milliləridir.
"Qəbələ İK"
saytlarin hazirlanmasi