3 qızıl, 2 gümüş, 3 bürünc
Basa çatmaqda olan 2015-ci il “Qəbələ”nin futbol komandası ilə yanaşı, klubu digər idman növlərində təmsil edən idmançıları üçün də ugurlu olub.
Sportal.az xəbər verir ki, “Qəbələ” İdman Klubunun cüdoçuları ilin son sınagından da ugurla çıxıblar.
Klubun təmsilçiləri dekabrın son həftələrində keçirilən həm yeniyetmələr, həm də böyüklər arasında Azərbaycan birinciliklərində mükafatlara sahib çıxaraq mövsümü major notlarla basa vurublar.
İmranın sensasiyası
Öncə yeniyetmə cüdoçular arasında keçirilən Azərbaycan birinciliyi barədə. Üç gün ərzində Bakı İdman Sarayında keçirilən birincilikdə tatamiyə çıxan 23 "Qəbələ" idmançısından 9-u yarışı fəxri kürsüdə başa vurub: 3 qızıl, 2 gümüş və 4 bürünc. İmran Yusifov (90 kq), Şəhanə Hacıyeva (44 kq) və Nərgiz Hacıyeva (63 kq) bütün rəqiblərinə qalib gələrək, qızıl medala sahib olublar. Rövşən Əliyev (50 kq) və Fazilə Aslanova (40 kq) yalnız finalda uduzaraq, yarışı 2-ci pillədə başa vurublar. Klubun dörd təmsilçisi isə yarışı 3-cü pillədə bitirib: Əmrah Səlimli (50 kq), Nazir Talıbov (46 kq), Nicat Kərimov (73 kq) və Rəşad Dünyamalıyev (55 kq). Bu nəticələrdən sonra “Qəbələ” komanda hesabında ikinci olub.
3 qızıl, 2 gümüş, 3 bürünc
Cüdo üzrə böyüklər arasında Azərbaycan çempionatında da “Qəbələ” İdman Klubunun üzvləri iştirak edib. Bakı İdman Sarayında təşkil olunan yarışda klub həm kişilər, həm də qadınların yarışında təmsil olunub. “Qəbələ” 28 cüdoçu ilə qatıldığı çempionatda 8 medal qazanıb. Bunlardan üçü kişilərin yarışına təsadüf edib. 60 kq çəki dərəcəsində Vüqar Şirinli, +100 kq çəki dərəcəsində Uşanqi Kokauri bütün rəqiblərinə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. 100 kq çəki dərəcəsində qüvvəsini sınayan Cəlil Şükürov isə yalnız finalda uduzaraq, gümüş medala yiyələnib.
Qadınların mübarizəsində klubun cüdoçuları 5 mükafat əldə ediblər. Şəhanə Alməmmədova 57 kq çəki dərəcəsində hamıdan güclü olub. 48 kq-da çıxış edən Aişə Qurbanlı yalnız finalda uduzaraq, gümüş mükafata yiyələnib. Fəridə Qurbanova (63 kq), Nərminə Əlizadə və Lalə Gülbalayeva (hər ikisi 70 kq) Azərbaycan çempionatını 3-cü pillədə başa vurublar. Beləliklə, "Qəbələ" cüdoçuları yarışı 3 qızıl, 2 gümüş və 3 bürünc medalla yekunlaşdırıblar. ("Qəbələ İK")
saytlarin hazirlanmasi