"Qəbələ"nin 10 futbolçusu millidə

13:07 - 31 Dekabr 2015

Təlim-məşq toplanışına...

 

Dekabrın 21-dən 25-dək Bakıda ölkəmizin 18 və 20 yaşlı futbolçulardan ibarət yığma komandalarının təlim-məşq toplanışı təşkil olunub. Bu komandaların hazırlıq prosesinə "Qəbələ"nin 10 futbolçusu cəlb olunub.

 

Sportal.az xəbər verir ki, Elnur Orucov, Xəyal Əmirli, Elvin Dəmirov, Hacıağa Hacıyev, Firuddin Mövsümov, Ravil Yusifl U-18 millimizin, Bəhlul Mustafazadə, Qismət Alıyev, Roman Hüseynov, Ehtiram Şahverdiyev isə U-20 komandamızın məşqlərində iştirak ediblər.

 

Təlim-məşq toplanışında olan 18 və 20 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmaları bir neçə yoxlama oyununda qüvvələrini sınayıblar. Qeyd edək ki, 20 yaşlılardan ibarət yığma komandada baş məşqçi yoxdur. Kollektiv əsas millimizin baş məşqçisi Mahmud Qurbanovla Elxan Abdullayevə tapşırılıb. Onların vəzifəsi millidəki fəlsəfəni gənc oyunçulara aşılamaqdır. Amma Mahmudla Elxan bu işdə tək deyillər. U-21-in baş məşqçisi Yaşar Vahabzadə və U-19-un çalışdırıcısı Nazim Süleymanov da onlarla birgə ümumi işə nəzarət edirlər. ("Qəbələ İK")

Xəbər xətti