"Qəbələ"dən ayrılan futbolçu "Rasinq"lə anlaşdı

15:19 - 2 Yanvar 2016

İl yarımlıq müqavilə imzalanacaq

 

Qış fasiləsində "Qəbələ"dən ayrılan argentinalı futbolçu Fakundo Pereyranın yeni klubu məlum olub.

 

Sportal.az xəbər verir ki, 28 yaşlı futbolçu karyerasını vətənində davam etdirəcək. Belə ki, Preyra "Rasinq" klubu ilə razılıq əldə edib. Bu baradə  klubun rəsmi saytında məlumat verilib. Təcrübəli futbolçu ilə il yarımlıq müqavilə imzalanacaq.

 

Qeyd edək ki, argentinalı futbolçu mövsümün əvvəlində Yunanıstanın PAOK klubundan "Qəbələyə" icarə əsasında gəlmişdi.

Xəbər xətti