Cavid Hüseynov 1-ci oldu VİDEO

19:42 - 8 Yanvar 2016

İlin ən yaxşı qolu

 

"Qəbələ" TV komandanın 2015-ci ildə vurduğu ən yaxşı qolu seçmək üçün sorğu keçirib.

 

Sportal.az xəbər verir ki, rəsmi facebook səhifəsində keçirilən sorğuda seçim üçün azarkeşlərə 5 qol təqdim olunub.

 

Mübarizə Cavid Hüseynovun Tbilisidə, Asif Məmmədovun isə Qəbələdə "Dinamo"ya, Sergey Zenyovun "Çukariçki"yə, Aleksey Antonovun "İnter"ə (Bakı), Luis Hilario Dodonun "Panatinaykos"a vurduğu qollar arasında gedib.

 

10 gündən artıq davam edən sorğuda böyük üstünlüklə Cavid Hüseynov qalib olub. Futbolçunun Gürcüstan təmsilçisinin qapısından keçirdiyi bu qol ilin qolu adını alıb.

 

Sorğunun yekun nəticəsini faizlərlə təqdim edirik:

 

Cavid Hüseynov - 89
Asif Məmmədov - 4
Sergey Zenyov - 3 
Luis Hilario Dodo - 3
Aleksey Antonov - 1

 

Xəbər xətti