Həkim müayinəsindən keçəcək
"Qəbələ"nin müdafiəçisi Ruslan Abışov Antalya düşərgəsindən Almaniyaya yollanıb.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, belində ağrılar hiss edən Abışov Almaniyanın Münhen şəhərində həkim müayinəsindən keçəcək.
Zədənin nə dərəcədə ciddi olduğu müayinədən sonra bəlli olacaq.