Qriqorçuk: "Azərbaycanda bir neçə komandanın belə problemi var"

00:08 - 14 Yanvar 2016

"Bütün hallarda "Qəbələ” rəhbərliyi məni yaxşı başa düşür"
 
"Azərbaycandakı stadionlar mənim xoşuma gəlmir. Əlbəttə, söhbət Bakıda yeni açılan Olimpiya Stadionundan getmir. ”
 
Sportal.az xəbər verir ki, bu sözlər "Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuka məxsusdur. Ukrayna mətbuatına danışan mütəxssis bildirib ki, "Qəbələ”nin də müasir standartlara cavab verən stadionu olmalıdır. 
 
"Ümumilikdə, Azərbaycanda bir neçə komandanın belə problemi var. Bütün hallarda "Qəbələ” rəhbərliyi məni yaxşı başa düşür. Bu məsələ barəsində bizim çox söhbətimiz olub. Onlar bildiriblər ki, yeni stadionun tikintisi üçün heç bir problem olmayacaq. "Qəbələ” Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazandıqdan sonra, bizim klub klubun rəhbərliyinin iddiası daha da artıb.  "Qəbələ”də çalışan hər kəs klubun inkişafı üçün çalışır.”

Xəbər xətti