"Qəbələ" dünəni bir məşqlə başa vurdu

02:38 - 16 Yanvar 2016

Antalya toplanışı davam edir
 
2015-2016 mövsümünün ikinci yarısının hazırlıqlarını Türkiyənin Antalya şəhərində davam etdirən "Qəbələ" toplanışın 6-cı gününü 1 məşqlə yekunlaşdırıb.
 
Sportal.az xəbər verir ki, Roman Qriqorçukun rəhbərliyi altında reallaşan məşq prosesi günün ikinci yarısında baş tutub. Məşqdə komanda əsasən toplu çalışmalar və müxtəlif fiziki təmrinlər yerinə yetirib. 
 
Xatırladaq ki, “Qəbələ” bu gün ilk yoxlama oyununu keçirəcək. Yanvarın 10-dan Antalyada hazırlıq keçən “qırmızı-qaralar”ın ilk rəqibi Almaniyanın “Osnabryuk” klubu olacaq. Matç Bakı vaxtı ilə 17:30-da start götürəcək.

Xəbər xətti