Ayın sonunadək...
Xəbər verdiyimiz kimi, belində zədəsi olan "Qəbələ"nin futbolçusu Ruslan Abışov müalicə almaq üçün Almaniyaya yollanıb.
Sportal.az xəbər verir ki, millimizin də üzvü olan Abışovun tibbi müayinələrdən sonra zədəsinin ciddi olduğu aşkarlanıb. Onun ayın sonunadək Almaniyada qalacağı gözlənilir.
Qeyd edək ki, Ruslanın fevral ayında komandaya qoşulacağı gözlənilir.
saytlarin hazirlanmasi