"Qəbələ" Emil Balayevin komandası ilə qarşılaşacaq

11:05 - 19 Yanvar 2016

Yoxlama matçı

 

“Qəbələ”nin əvəzedici komandası 2015-2016 mövsümünün ikinci yarısının hazırlıqlarını davam etdirir.

 

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, yanvarın 16-dan Türkiyədə olan “qırmızı-qaralar” təlim-məşq toplanışını Antalyada gerçəkləşdirir.

 

Komanda “Papillon Belvil Hotel”də məskunlaşıb. Hazırlıq çərçivəsində bir neçə yoxlama oyunu keçirməyi planlaşdıran Ramin Quliyevin yetirmələri ilk sınağına bu gün çıxacaq. Əvəzedicilər Almaniya təmsilçisi “Ayntraxt”ın (Frankfurt) gənclərdən ibarət komandası ilə qarşılaşacaq. Bakı vaxtı ilə saat 17:00-da başlayacaq oyun “La Atlantis Hotel Gündoğdu”nun meydanında keçiriləcək.

 

Qeyd edək ki, Azərbaycan yığmasının qapıçısı Emil Balayev hazırda “Ayntraxt”ın əsas komandasında çıxış edir.

Xəbər xətti