2015-ci il rəqəmlərin "dili ilə"

17:43 - 19 Yanvar 2016

 51 oyunda 22 qələbə, 15 heç-heçə, 14 məğlubiyyət

 

2015-ci il ‑"Qəbələ"nin əsas komandası üçün bir sıra cəhətlərinə görəəlamətdar olub, statistik məqamlarla diqqət çəkib. Bu arasdırma yazısında bundan bəhs edəcəyik.

 

Sportal.az xəbər verir ki, "qırmızı-qaralar” keçən il, ümumilikdə, 51 oyun keçiriblər. Roman Qriqorçukun yetirmələri 2015-ci ildə Premyer Liqada 34, ölkə kubokunda 3, Avropa Liqasında 14 matça çıxıblar. Komandamız ili müsbət balansla başa vurub: 51 oyunun 22-də qələbə qazanan “Qəbələ” 15 heç-heçə edib, 14 dəfə uduzub (topların fərqi 69-45 xeyrimizədir). Ən böyükhesablı qələbəmiz cari mövsümdə ölkə kubokunda, “Qəbələ” - “Mil-Muğan” (İmişli) matçında qeydə alınıb - 7:0.

 

2015-ci ildə “Qəbələ”də 36 futbolçu oynayıb. Maraqlıdır ki, bu göstəricidə yerli və əcnəbi futbolçular arasında mütənasiblik var - 18.Ötən il komandamızın heyətində ən çox oyun keçirən futbolçu Aleksey Qay olub. 34 yaşlı ukraynalı yarımmüdafi əçi 51 matçın 50-də meydanda (4422 dəqiqə) olub. Onun iştirak etmədiyi yeganə oyun “Qəbələ” – “Mil-Muğan” matçı olub. Meydanda ən az olan futbolçumuz (2 dəqiqə) isə əvəzedici heyətin yarımmüdafi əçisi Roman Hüseynovdur.

 

 

İlin bombardiri

 

2015-ci ilin yekunlarına görə “qırmızı-qaralar”ın ən sərrast futbolçusu Cavid Hüseynovdur - 9 qol. 28 yaşlı yarımmüdafiəçinin vurduğu qolların 6-sı ötən çempionatda, 3-ü Avropa Liqasının təsnifat mərhələsində qeydə alınıb. Cavidin ən yaxın izləyicisi Qaydır – 8 qol. 2015-ci ildə fərqlənən digər futbolçular bunlardır - Aleksey Antonov, Viktor Mendi (hərəyə 7 qol), Luis Hilario Dodo (6 qol), Fakundo Pereyra (5 qol), Ruslan Abışov, Ermin Zets, Ekiqo Ehiosun (hərəyə 4 qol), Sergey Zenyov, Samir Zərgərov (hərəyə 3 qol), Asif Məmmədov (2 qol), Rikardinyo, Ürfan Abbasov, Vaqif Cavadov və Derlis Meza Kolli (hərəyə 1 qol) olub. “Qəbələ” daha 3 dəfə isə rəqibin avtoqoluna sevinib. “Bakı”dan Vüqar Bəybalayev, “Qarabağ”dan Namiq Ələsgərov və “Sumqayıt”dan Cəmil Hacıyev komandamızla oyunlarda topu öz qapılarından keçiriblər.

 

Ötən il ən çox sarı vərəqə alan futbolçu Elvin Camalov olub. 21 yaşlı yarımmüdafiəçimizin hesabında 11 “sarı” var. 2015-ci ildə komandamızdan 5 nəfərə qırmızı vərəqə göstərilib: Dmitri Bezotosnı, Rəşad Sadiqov, Ürfan Abbasov, Qismət Alıyev və Ruslan Tağızadə. Bezotosnı, Sadiqov və Abbasov birbaşa qırmızı, Alıyevlə Tağızadə isə ikinci sarı vərəqəyə görə meydançadan çıxarılıblar.

 

 

Bütün turlarda meydanda olan adaşlar

 

Komandamız cari çempionatda qış fasiləsinə 18 oyundan 28 xalla 4-cü pillədə yollanıb. Qriqorçuk çempionatın ilk yarısında 26 futbolçunun xidmətindən yararlanıb. Maraqlıdır ki, iki dövrəyə əsasən, ən çox oyun keçirən futbolçu da Aleksey Qay olub (18 oyun, 1556 dəqiqə, 4 qol və 1 sarı vərəqə). Onun kimi bütün 18 turda oynayan ikinci futbolçu isə Aleksey Antonovdur. Sadəcə, Antonov Qaydan 227 dəqiqə az oynayıb.

 

Ən sərrast oyunçu da Antonovdur – 6 qol. 30 yaşlı ukraynalı hücumçu Premyer Liqamızın bombardiri, “Qarabağ”ın braziliyalı yarımmüdafi əçisi Riçard Almeydadan (“Qarabağ”), vur-tut, 1 qol az vurub. Cari mövsümdə “Qəbələ”də het-trik edən olmayıb. Yeganə dubl isə Fakundo Pereyranın hesabındadır. Argentinalı yarımmüdafiəçi buna cari çempionada ən böyükhesablı qələbə (6:0) qazandığımız “Xəzər Lənkəran”la ev oyununda nail olub.

 

“Qəbələ”də cari çempionatla bağlı daha bir əlamətdar göstərici Dmitri Bezotosnıya məxsusdur. Ukraynalı əlcək sahibi qapısını 729 dəqiqə toxunulmaz saxlamaqla Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) siyahısına düşə bilib. Bunun üçün ona 660 dəqiqəlik səddi arxada qoymaq kifayət edib. Bezotosnının rekordu “Qəbələ”nin tarixində latviyalı sabiq qapıçımız Pavel Doroşevdən sonra 2-ci, milli çempionatlarımızda isə 14-cü nəticədir.  (Qəbələ İk Qəzeti)

Xəbər xətti