Əyalət təmsilçisinin son sınağı
Mövsümün ikinci yarısına Türkiyədə hazırlaşan “Qəbələ” sabah son yoxlama oyununu keçirəcək.
Sportal.az xəbər verir ki, yanvarın 10-dan Antalyada təlim-məşq toplanışında olan “qırmızı-qaralar” 3-cü sınağında Ukraynanın “Dnepr” klubu ilə görüşəcək.
Artıq sözügedən matçın başlama saatı müəyyənləşib. Sabah keçiriləcək oyun Bakı vaxtı ilə saat 19:00-da başlayacaq. Görüş “Gloria Sport Arena”da oynanılacaq.
saytlarin hazirlanmasi