"Qəbələ"də ciddi itki

00:36 - 25 Yanvar 2016

Sadiqov oyunu yarımçıq dayandırdı
 
"Qəbələ"nin futbolçusu Rəşad Sadiqov zədələnib.
 
Sportal.az xəbər verir ki, təcrübəli yarımmüdafiəçi Ukrayna "Dnepr"i ilə yoxlama matçının 43-cü dəqiqəsində rəqib qapıçı ilə toqquşaraq yerə sərilib.
 
Həkimlərin müdaxiləsinə baxmayaraq, o, oyuna davam edə bilməyib. Baş məşqçi Roman Qriqorçuk meydana Sergey Zenyovu buraxıb. 
 
Sadiqovun son durumuna bu gün tibbi müayindən keçdikdən sonra aydınlıq gələcək
 

Xəbər xətti