"Dnepr"lə matçdan sonra...
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı keçirən "Qəbələ" hazırlıqlarını yekunlaşdırıb.
Klubdan Sportal.az-a verilən məlumata görə, Qəbələ təmsilçisi hazırlıqlarını əvvəlcədən nəzərdə tutulduğu kimi ayın 27-sı deyil, 2 gün əvvəl başa vurub. Komanda Premyer Liqanın II dövrəsinin hazırlıqlarını vətəndə davam etdirəcək.
Qeyd edək ki, "Qəbələ" Antalya toplanışında 3 oyun keçirib. Almaniya "Osnabrük"ü ilə 1:1 hesablı heç-heçə edən "qırmızı-qaralar" İsveçrə "Sürix"ini darmadağın edib - 4:0. Son qarşılaşmada isə "Dnepr" sevinib - 1:0.
saytlarin hazirlanmasi