Gəncədə ilk qələbə üçün

11:42 - 30 Yanvar 2016

Qonşuların dueli

 

Azərbayan Premyer Liqasında qıs fasil­si - 42 günlük pauza bu gün basa çatır.

 

Sportal.az xəbər verir ki, qarşısına böyük h­ədəflər qoyan “Q­əbələ­” h­əmin gün “Kə­pə­z”l­ qüvvə­sini sınayacaq. Bu, “qırmızı-qaralar”ın 3 il 2 aydan sonra G­əncəyə ilk sə­fə­ri kimi yadda qalacaq.

 

İkigünlük oyun

Əslində, komanda Gəncə şəhər stadionunda oyuna hələ 3 ay öncə çıxmalı idi. Ötən il oktyabrın 31-də çempionatın XI turu çərçivəsində “Kəpəz” – “Qəbələ” matçının məhz bu arenada keçirilməsi nəzərdə tutulurdu. Lakin Gəncə stadionunun ot örtüyü bərbad vəziyyətdə olduğundan oyunun Qəbələdə təşkilinə qərar verildi. Ancaq bu zaman futbolda nadir hallarda rast gəlinən hadisə baş verdi. Belə ki, görüşün 29-cu dəqiqəsində, hesab 0:1 “Kəpəz”in xeyrinə olarkən, qatı duman ucbatından matç dayandırıldı. Yalnız ertəsi gün davam etdirilən qarşılaşmada Gəncə klubu 2:1 hesablı qələbə qazandı. Başqa sözlə, oktyabrda başlanan və noyabrda sona çatan oyun “Qəbələ” üçün uğursuz alındı. Bu, komandanın həm cari mövsümdə, həm də gəncəlilərlə indiyədək keçirdiyimiz görüşlərdə ilk ev məğlubiyyəti oldu.

 

Qonşuların dueli

Sözsüz ki, “Qəbələ” vdueliə “Kəpəz”i tərəzinin eyni gözünə qoymaq olmaz. Doğrudur, Gəncə təmsilçisi zəngin tarixə malikdir, ölkəmizin ən titullu klublarından biridir. Amma hazırda “Qəbələ”nin hədəfləri, məqsədləri daha ciddi, daha peşəkardır. Nə olsun ki, rəqiblər turnir cədvəlində bir-birinə qonşudur və onları cəmi 2 xal ayırır (“Qəbələ” 28 xalla 4-cü, “Kəpəz” 26 xalla 5-cidir). Bir məqamı unutmaq olmaz ki, “Qəbələ”nin hazırkı mövqeyi onun əsl gücünü əks etdirmir. Sadəcə, “qırmızı-qaralar” çempionatın əvvəlki 2 dövrəsində Avropa Liqasının qrup mərhələsində mübarizəyə görə potensiallarını tam göstərə bilməyiblər. Qış fasiləsindən sonra Roman Qriqorçukun başçılıq etdiyi komanda bütün diqqətini daxili yarışa cəmləyəcək ki, bu da nəticələrdə öz əksini tapacaq. “Qəbələ” ilə “Kəpəz”in dövrələrarası fasilədə hazırlıq proseslərini də müqayisə etməyə dəyməz. Komandamız çempionatın qalan hissəsinə Türkiyənin Antalya bölgəsində hazırlaşdığı və qitənin güclü klubları ilə yoldaşlıq görüşləri keçirdiyi halda, gəncəlilər yalnız Yevlax və Bakıdakı təlim-məşq toplanışları ilə kifayətlənməli olublar. Özü də “Kəpəz”, əsasən, I divizion təmsilçiləri ilə yoxlama matçlarında üz-üzə gəlib. İstər-istəməz bu amil komandaların çempionatındakı çıxışına təsir göstərəcək. Bundan əlavə, “Qəbələ” qışda heyətini 2 futbolçu ilə gücləndirməyə də macal tapıb.

 

Gəncədə hələ qələbə qazanılmayıb

Statistikaya diqqət yetirməyin vaxtıdır. Rəqəmlər çox maraqlı tarixçədən xəbər verir. Demə, “Qəbələ” və “Kəpəz” arasında bu vaxta qədər gerçəkləşən 10 oyunda komandalar eyni sayda qələbə qazanıblar. Hərəyə 3 zəfər. 2005-ci ildən etibarən çempionat və kubok yarışlarında mübarizə aparan "Qəbələ"nin gəncəlilərlə yolu ilk dəfə 2010-cu ildə kəsişib. Maraqlıdır ki, 6 il öncə “Gəncə” adı altında çıxış edən rəqiblə ardıcıl 4 oyun heç-heçə nəticələnib. O vaxtdan bəri tərəfl ər “sülh”ə razılıq vermirlər. “Qırmızı-qaralar” təkcə topların nisbətində “Kəpəz”i üstələyir - 9:7. Statistikadan məlum olur ki, indiyədək Gəncədə qalib gələ bilməmişik. İnanırıq ki, Roman Qriqorçukun yetirmələri bu arzuolunmaz seriyaya şənbə günü son qoyacaqlar.

 

“Qəbələ” və “Kəpəz” arasında Azərbaycan çempionatında keçirilən oyunların statistikası

10 oyun: +3=4-3, topların f­ərqi 9-7

31.10.2010 “Gəncə­” – “Q­əbələ­” 0:0
27.02.2011 “Q­əbələ” – “G­əncə­” 0:0
02.04.2011 “Q­əb­əl­ə” – “G­əncə­” 1:1
12.05.2011 “G­əncə­” – “Qə­bə­lə­” 0:0
16.10.2011 “Q­əbə­lə­” – “Kə­pə­z” 2:0
07.03.2012 “K­əp­əz” – “Qə­bə­lə­” 3:2
15.09.2012 “K­əp­əz” – “Q­əbə­lə­” 1:0
19.11.2012 “Q­əbə­lə­” – “K­əpə­z” 2:0
23.08.2015 “Q­əb­ələ­” – “K­əpə­z” 1:0
31.10.2015 “Q­əbə­lə­” – “Kə­pə­z” 1:2

 

"Qəbələ İK" qəzeti

Xəbər xətti