"Əskişəhərspor" Ermin Zetslə maraqlanır
"Qəbələ”nin futbolçusu Ermin Zets karyerasını yenidən Türkiyədə davam etdirə bilər.
Sportal.az xəbər verir ki Türkiyə Super Liqasında mübarizə aparan "Əskişəhərspor” Bosniya və Hersoqovina milli komandasının futbolçusuna elçi düşüb. Qardaş ölkə mətbuatında yer alan xəbərə görə, klub rəsmiləri futbolçu ilə görüşərək məsələ barəsində müzakirə aparıblar. Futbolçunun Türkiyə klubu ilə bağlı hansı qərar verdiyi isə bəlli deyil.
Qeyd edək ki, Zets mövsümün əvvəlində Türkiyənin "Balıkəsirspor” klubundan "Qəbələ”yə transfer olunub. O, daha əvvəl qardaş ölkədə "Gənclərbirliyi” klubunda da forma geyinib.
saytlarin hazirlanmasi