3 cavabsız qol
Premyer Liqannın XX turunun “İnter”lə səfər qarşılaşmasına hazırlaşan “Qəbələ” yoxlama oyunu keçirib.
Sportal.az xəbər verir ki, Roman Qriqorçukun yetirmələri klubun U-19 komandasını sınağa çəkib. Yoxlama oyununun ilk 45 dəqiqəsində iki qol vurulub. Əsas komanda 1-ci hissənin ilk yarısında rəqibinin qapısına yol tapmağı bacarıb. Hər iki topu braziliyalı futbolçular rəqib qapısından keçirib. 15-ci dəqiqədə Rafael Santos hesabı açıb. 5 dəqiqə sonra isə Dodo fərqi artırmağa nail olub. Oyunun ikinci hissəsində Qriqorçukun yetirmələri U-19-un qapısına daha bir dəfə yol tapıb. 65-ci dəqiqədə Asif Məmmədov fərqi 3-ə çatdırıb. Bu qarşılaşmada son qol olub – 3:0.
Bu gün bərpaedici hazırlıqla kifayətlənəcək komanda fevralın 6-da Bakıya yollanacaq. “Qırmızı-qaralar” Premyer Liqada növbəti oyununu fevralın 7-də, paytaxtda “İnter”ə qarşı keçirəcək.
saytlarin hazirlanmasi