Roman Qriqorçuk: "Komandanın oyunundan razı qaldım"

20:04 - 7 Fevral 2016

"Onu geri göndərəcəyik"

 

Azərbaycan Premyer Liqasının XX turunda "İnter” doğma meydanında "Qəbələ”ni qəbul edib.

 

Sportal.az xəbər verir ki, qarşılaşma qonaqların 1 - 0 hesablı qələbəsi ilə başa çatıb. Oyunsonrası mətbuat konfransında "Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk qarşılaşmanı şərh edib.
 
-Qələbədə Dmitri Bezotosninin payının çox olmasından razısınızmı?
-Komandanın oyunundan razı qaldım. Komanda şəkilində döyüşdük. Hamı mübarizə apardı. 
 
-Uğursuz oyunlardan sonra bu günkü qələbəni tilsimin qırılması kimi adlandırmaq olar?
-Mənim yanaşma tərzim başqa cürdü. Mən seriyaya fikir vermirəm. Biz məğlub olduğumuz oyunlarda yaxşı oynamışdıq. Lakin, məğlub olmuşduq. Seriya məsələsinə önəm vermirəm.  
 
-90 dəqiqə əvəzetmələrə əl atmadınız. Bunun səbəbi nədir?
-Səbəb yoxdur. 
 
-Zenyov və Antonovun durumu nə yerdədi? Nə vaxt sıralara dönəcəklər?

-Zenyovda beyin silkələnməsi ciddi idi. Bir neçə gün sonra məşqlərə başlayacaq. Antonov isə təxminən 6 həftə sonra oynaya biləcək.

 

-Baxışda olan Emersonla bağlı fikriniz necədir?
-Onu geri göndərəcəyik. 

Xəbər xətti