Avropa kubokunda 2 medal

12:50 - 14 Fevral 2016

1 qızıl, 1 bürünc

 

“Qəbələ” İdman Klubunun cüdoçuları beynəlxalq yarışlarda növbəti uğurlarını qazanıb.

 

Sportal.az xəbər verir ki, Azərbaycan milli komandasının heyətində çıxış edən klubun təmsilçiləri təmsilçiləri Avropa kubokunda qüvvəsini sınayıb. Avstriyada keçirilən Avropa açıq kubokunda tatami üzərinə çıxan Vüqar Şirinli 60 kq çəki dərəcəsində bürünc mükafata yiyələnib. Monakolu Yan Siccardi, kanadalı Serjio Pessoa, braziliyalı Erik Takabatakeyə qalib gələn təmsilçimiz yarımfinalda avstriyalı Lüdviq Payşerə məğlub olub. Şirinli 3-cü yer uğrunda qarşılaşmada qırğızıstanlı Otar Bestayevə qalib gəlməyi bacarıb. Bununla da 5 qarşılaşmadan dördündə qələbə əldə edən idmançı bürünc medala yiyələnib.
 

“Qəbələ”nin cüdoçusu Rövşən Əliyev isə İspaniyada keçirilən yeniyetmələrin Avropa kubokunda fərqlənib. 50 kq çəki dərəcəsində çıxış edən idmançı keçirdiyi bütün qarşılaşmalarda qalib gəlib. İspaniyalı Qabriel Lopes Portilyo, israilli Eylon Barşeşet, Azərbaycan millisinin digər üzvü Rüfət Məmmədovu məğlub edən Əliyev yarımfinala yüksəlib. Burada italiyalı Mattia Martelloni, finalda isə ispaniyalı David Hinojosa Larrosadan güclü olan idmançımız qızıl medala sahib çıxıb.

Xəbər xətti