"Qəbələ"nin idmançısı Avropa kubokunun qalibi oldu

17:28 - 15 Fevral 2016

+100 kq çəki dərəcəsində

 

Avstriyanın Obervart şəhərində keçirilən cüdo üzrə Avropa kubokuna yekun vurulub.

 

Sportal.az xəbər verir ki, yarışın ikinci günü də "Qəbələ" İdman Klubu və Azərbaycan milli komandası üçün uğurlu olub.

 

+100 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz Uşanqi Kokauri finala gedən yolda ekvadorlu Freddi Fiqueroa, tatami sahibi Daniel Allerstorfer, monqolustanlı Temulen Battulqa və kubalı Qarsia Mendozanı məğlub edib. Final qarşılaşmasında isə Rusiya təmsilçisi Aslan Kambievə qalib gələrək Avropa kubokunun qızıl medalını qazanıb.

Xatırladaq ki, turnirin ilk günündə digər "Qəbələ" cüdoçusu - 60 kq çəki dərəcəsində mübarizə aparan Vüqar Şirinli bürünc medal qazanıb.
Bununla da, Azərbaycan millisi Avropa kubokunda 2 medal (1 qızıl və 1 bürünc) qazanaraq turniri komanda hesabında ikinci yerdə başa vurub.

Xəbər xətti