Transfer rəsmiləşdi
“Qəbələ” daha bir futbolçu transferini rəsmiləşdirib.
Sportal.az xəbər verir ki, “qırmızı-qaralar” Azərbaycan milli komandasının futbolçusu Pavel Paşayevi heyətinə qatıb.
28 yaşlı müdafiəçi mövsümün sonunadək komandamızın formasını geyinəcək. Ukraynanın “Atlant” (Kremençuq) klubunun yetirməsi olan Paşayev peşəkar karyerasına “Dnepr”də başlayıb. 2004-2014-cü illərdə bu komandanın üzvü olan müdafiəçi 2008 və 2012-2013-cü illərdə icarə əsasında “Krivbass”da çıxış edib. 2013-2014-cü illərdə “Karpatı”ya icarəyə verilən Pavel 2014-2015-ci illərdə Zaporojye “Metallurq”unun şərəfini qoruyub. Ukraynanın U-17, U-19 və U-21 yığmalarında da oynamış müdafiəçi bu ölkənin əsas millisində 2 yoxlama matçında iştirak edib. 2015-ci ildən Azərbaycan millisinə dəvət olunan futbolçu noyabrın 17-də Moldova ilə yoxlama matçında (2:1) komandada debüt edib.
Xatırladaq ki, Paşayevə qədər “Qəbələ” qış fasiləsində Rəşad Eyyubovu da heyətinə qatmışdı.
"Qəbələ" TV-nin Pavel Paşayev haqda hazırladığı qısa video təqdimat:
saytlarin hazirlanmasi