"Qəbələ"nin futbolçusu CAS-a şikayət etdi

17:56 - 24 Fevral 2016

Antonov "Aktobe"dən borcunu tələb edir
 
Hazırda “Qəbələ”nin şərəfini qoruyan ukraynalı futbolçu Aleksey Antonov sabiq klubu Qazaxıstan “Aktobe”sini İdman Arbitraj Məhkəməsinə (CAS) şikayət edib.
 
Sportal.az xəbər verir ki, bu barədə “Aktobe”ni idman direktoru Dmitri Vasilyev məlumat verib. Klub rəsmisi bildirib ki, ukraynalı oyunçu komandanın ona borclu olduğunu iddia edir. Vasilyev klubu hansı cəzalar gözlədiyini bilmədiklərini və sənədləri topladıqlarını deyib. Onun sözlərinə görə, “Aktobe”dən başqa belə şikayətlər də var.
 
Qeyd edək ki, Aleksey Antonov "Aktobe"də 2014-cü ilin iyunundan 2015-ci ilin iyununadək forma geyinib. Ardından o, "Qəbələ"yə keçib. 

Xəbər xətti