Dodo: "Qarabağ" üstünlüyə malikdir"

12:55 - 2 Mart 2016

"Avrokuboklarda çıxış etmək istəyirik"
 
"Qarabağ" üstünlüyə malikdir. Lakin hələ qarşıda oyunlar var və biz turnir cədvəlinin üst pilləsinə yüksələ bilərik. Şanslarımız davam edir".
 
Sportal.az xəbər verir ki, bu sözləri ölkəsinin mətbuatına verdiyi açıqlamada "Qəbələ"nin futbolçusu Dodo söyləyib.
 
"Qəbələ"nin kapitanı çempionluq haqda da danışıb:
 
"Ardıcıl qələbələr qazanmaq üçün çalışmalıyıq. Biz bunu bacara bilərik. Mövsümü qızıl medalla başa vurub, avrokuboklarda çıxış etmək istəyirik. Ötən mövsüm biz bunu bacarmışdıq".
 
Xatırladaq ki, "Qəbələ" hazırda 38 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.

Xəbər xətti