"Bunları eləmək üçün ya cahil olmaq lazımdı, ya da xain" VİDEO

20:01 - 2 Mart 2016

"Ədalət mülkün təməlidi" 

 

"Qəbələ"nin marketinq meneceri Səməd Nəsibov şəxsi profilində Fariz Yusifovun son həftələrdəki "performans"ına münasibət bildirib. 

 

Sportal.az xəbər verir ki, klub rəsmisi onlara münasibətdə qərəzini gizlədə bilməyən referiyə maraqlı ifadələrlə "tutuzdurub":

 

"Ədalət mülkün təməlidi" - nə gözəl söz deyib böyük Atatürk! Amma yalnız mülkün deyil, hər şeyin təməli ədalətdi, məncə. Aşağıdakı videoya diqqətlə baxın, dostlar! Qaydaları mücərrəd olmayan bir oyunda - futbolda vəzifəsi ədaləti təmin etmək olan bir insanın bənzər epizodlarda fərqli qərarlarına diqqət edin, lütfən.

 

Bunları eləmək üçün ya cahil olmaq lazımdı, ya da xain. Məncə, nə cahilin, nə də xainin ədalət təmsilçisi olmağa haqqı var. Bir variant da qalır - QƏRƏZ! Ona da siz qərar verin. Lütfən, "Qəbələ"nin maddi durumu və yaradılan şərait" sözləri ilə başlayan cümlələr qurmayaq. Nə şəraitin, nə də maddi durumun hakimin fitinə dəxli var.

 

Sonda qeyd edim ki, fikirlərimi "Qəbələ" bəyanat yaydi kimi qəbul etmeyin. Bunu mən bir azakeş kimi paylaşıram. "Qəbələ"nin bütün oyunlarını izləyirəm deyə, öz oyunularımızdan hərəkət edirəm. "Qəbələ"nin yerində "x" komandası da olsa, fikrim eynidi".

 

Xəbər xətti