Bezotosnının seriyası qırıldı

12:33 - 7 Mart 2016

Mövsümün ikinci yarıısnda ilk dəfə qol buraxdı
 
Ardıcıl 4 oyunda qol buraxmayan “Qəbələ”nin quru seriyası qırılıb.
 
Sportal.az PFL-in saytına istinadən xəbər verir ki, yanvarın 30-da baş tutan XIX turun “Kəpəz”lə qarşılaşmasından (0:3) sonra qapısında qol görməyən “qırmızı-qaralar” 35 gündən sonra çempionat matçında buna üzülüb. Roman Qriqorçukun komandası XXIV turun “Neftçi” ilə görüşünün 26-cı dəqiqəsində Antonio Salas Quinta məyus edib. Bunadək “İnter”, “Sumqayıt”, “Rəvan” (hamısı 1:0) və “Xəzər Lənkəran”a (0:0) qarşı oyunlarda qapısını toxunulmaz saxlayan “Qəbələ” 401 dəqiqədən sonra qapısında qol görüb.
 
“Kəpəz”lə matçda Andrey Popoviçin çıxış etdiyini nəzərə alsaq, Dmitri Bezotosnı çempionatın ikinci yarısında ilk dəfə qol buraxıb. Ötən il noyabrın 30-da keçirilən “Rəvan”la XIV turun ev oyununda (1:1) qol buraxan ukraynalı qapıçı eyni uğursuzluğu 96 gündən sonra yaşayıb. Onun quru seriyası 410 dəqiqə davam edib.

Xəbər xətti