Sosial aksiya
“Qəbələ” İdman Klubu yeni aksiyaya start verib.
Sportal.az xəbər verir ki. Qəbələ rayonundakı 68 məktəbdə təhsil alan 17 min şagirdi əhatə edən bu sosial aksiyada klubun sifarişi ilə hazırlanan məktəb ləvazimatları dəstləri şagirdlərə təqdim edilir.
Qeyd edək ki, bu gün keçirilən tədbirdə "Qəbələ"nin futbol direktoru Toni Adams, baş meneceri Zaur Əzizov, kommersiya direktoru Mustafa Aztopal və marketinq üzrə menecer Səməd Nəsibov 1 saylı orta məktəbdə şagirdlərlə görüşüblər. Tədbirin sonunda “Qəbələ” klubunun nümayəndələri məktəblilərin suallarını cavablandırıb. Zaur Əzizov məktəblilərə gələcəkdə “Qəbələ” klubunda hansı futbolçuları görmək istəyirsiniz sualına maraqlı cavab alıb. Şagirdlərin əksəriyyəti Ronaldo və Messini Qəbələdə görmək istədiklərini bildirib. Baş menecer isə sualı belə cavablandırıb: “Söz vermirəm, amma çalışarıq gələcəkdə Messini Qəbələyə dəvət edək”.
saytlarin hazirlanmasi