"Doğum günün mübarək, böyük kapitan"
Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində keçirilən "Qəbələ" - "Zirə" matçında meydan sahiblərinin azarkeşləri hazırda həbsdə olan Cavid Hüseynovun doğum gününü unutmayıblar.
Sportal.az-ın stadionda olan əməkdaşının verdiyi məlumata görə, azarkeşlər Hüseynov üçün pankart açıblar.
Həmin pankartda isə bu sözlər yazılıb: "Doğum günün mübarək, böyük kapitan CH 14".
saytlarin hazirlanmasi