"Erkən qol işimizi asanlaşdırdı"
“Çətin oyun idi, ancaq erkən fərqlənməyimiz bizə çox kömək oldu. Daha sonra ardıcıl qollar vuraraq, məsələni həll etdik”
Bu sözləri “Qəbələ”nin futbolçusu Rəşad Eyubov "Qəbələ" - "Zirə" (5:1) matçından sonra Sportal.az-a açıqlamasında deyib.
24 yaşlı yarımmüdafiəçi böyükhesablı qələbəni gözləmədiklərini söyləyib:
“Bu matç arxada qaldı. Çempionata hazırlaşacağıq. Belə böyükhesablı nəticə gözləmirdik. “Zirə” kifayət güclü komandadı. Dediyim kimi, erkən qol işimizi asanlaşdırdı”.
Eyubov rəqibin əsas oyunçularının oynamaması sualına belə cavab verib:
“Rəqibin meydana ikinci heyətlə çıxması fikri ilə razılaşmıram. Elə kollektivdi ki, birinci heyət, ikinci heyət söhbəti yoxdu. Bu qələbə ilə özümüzə inamımız da artdı. Artıq çempionatda daha əzmlə mübarizə aparacağıq”.
saytlarin hazirlanmasi