"Qəbələ"də "Zirə" ilə matçöncəsi üzlər gülür

00:28 - 12 Mart 2016

Komanda tam heyətlə məşq edir
 
Premyer Liqanın XXV turunda “Zirə” ilə qarşılaşacaq “Qəbələ” oyunun hazırlıqlarını davam etdirir.
 
Sportal.az xəbər verir ki paytaxt təmsilçisi ilə martın 9-da keçirilən Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyunundan (5:1) sonra məşqlərinə ara verməyən “qırmızı-qaralar” dünən növbəti hazırlığını keçib.
 
“Zirə” ilə kubok matçının ertəsi gün olduğu kimi yenə yalnız son görüşdə iştirak etməyənlərin məşqi yaşıl meydanda baş tutub. 2 gün öncə komandanın qələbəsində pay sahibi olanlar isə ilk gün bərpaedici məşqlə kifayətlənib, dünən isə fiziki hazırlıq keçib.
 
“Qəbələ”nin oyunöncəsi son məşqi bu gün baş tutacaq. Qəbələ şəhər stadionundakı hazırlıq prosesi saat 17:30-da başlayacaq. Komandanın məşqi tam heyətlə keçəcək.
 
Xatırladaq ki, “Qəbələ” – “Zirə” qarşılaşması martın 13-ü saat 15:00-da başlayacaq.

Xəbər xətti