"Meydanı tərk etməsi oyunumuza təsir etdi"
Azərbaycan Premyer Liqasının XXV turu çərçivəsində doğma meydanda "Zirə"ni qəbul edən "Qəbələ" 1:2 hesabı ilə məğlub olub.
Sportal.az xəbər verir ki, oyundan sonra "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk "CBC Sport"a açıqlamasında bunları qeyd edib:
"Rəqibi qələbə münasibətilə təbrik etməliyik. Bu gün vacib xallar itirdik. Halbuki, qələbə qazanmalıydıq. Çünki həm qol vəziyyətlərimiz çox idi, həm də üstünlük bizdəydi. Bütün bunlar bizim qələbə qazanmalı olduğumuzun göstəricisidir. Sadəcə, rəqib bizim səhvlərimizdən yaxşı yararlandı və qələbə qazandı. Əvvəlki oyunları yada salmağın mənası yoxdur. Hər oyun fərqli olur. Lakin bu gün bizim rəqibdən nədəsə zəif olduğumuzu heç kim deyə bilməz. Aleksey Qayın zədələnməsi oyunumuza təsir etdi. Aydın məsələdir ki, o, komandamız üçün önəml fiqurdur. Təbii ki, meydanı tərk etməsi oyunumuza təsir etdi. Lakin yüksək yerlər uğrunda mübarizə aparan komanda bir futbolçudan asılı olmamalıdır".
saytlarin hazirlanmasi