Aleksey Qay "Qarabağ"la matçda oynayacaq?

13:22 - 14 Mart 2016

Zədəsi ciddi deyil

 

Xəbər verdiyimiz kimi, Azərbaycan Premyer Liqasının XXV turu çərçivəsində keçirilən "Qəbələ" - "Zirə" matçının ilk hissəsində zədələnən Aleksey Qayın durumuna aydınlıq gəlib.

 

Klubdan Sportal.az-a verilən məlumata görə, 34 yaşlı futbolçunun zədəsi ciddi deyil. Onun növbəti turda keçiriləcək "Qarabağ"la matçda oynayacağı gözlənilir.

 

Qeyd edək ki, "Qəbələ" - "Qarabağ" matçı martın 19-u baş tutacaq.

Xəbər xətti