"Qəbələ" "Qarabağ" üçün tam heyətlə başlayır

11:05 - 16 Mart 2016

İstirahət bitdi

 

Azərbaycan Premyer Liqasının XXV turunun “Zirə” ilə oyunundan (1:2) sonra iki günlük istirahətə buraxılan “Qəbələ” məşqlərini bu gün bərpa edəcək.

 

Sportal.az xəbər verir ki, “qırmızı-qaralar” martın 16-da bir araya gələrək “Qarabağ”la matçın hazırlıqlarına başlayacaq. Günün ikinci yarısında toplaşacaq komanda axşam məşqini Qəbələ şəhər stadionunda gerçəkləşdirəcək.

 

Roman Qriqorçukun yetirmələrinin hazırlığı tam heyətlə keçəcək. Əyalət klubunun qarşılaşmaya qədər hazırlıqları gündə bir dəfə olmaqla bu arenada baş tutacaq.

 

Xatırladaq ki, Premyer Liqanın XXVI turunun “Qarabağ”la oyunu martın 19-da keçiriləcək. Qəbələ şəhər stadionundakı matç saat 15:00-da başlayacaq.

 

Xəbər xətti