Yubiley qolunun müəllifi oldu
“Qəbələ” tarixində 500-cü qolu vurub.
Sportal.az xəbər verir ki, tarixi qol Premyer Liqanın XXVI turunun “Qarabağ”la oyununa (1:2) təsadüf edib. Dünən keçirilən matçadək rəsmi oyunlarda 499 dəfə fərqlənən “qırmızı-qaralar”ın yubiley qoluna Sergey Zenyov imza atıb.
Estoniyalı legionerin klubun 11 illik tarixində vurduğu 500-cü qol 389-cu matça təsadüf edib. İlk rəsmi oyununu 2005-ci il sentyabrın 21-də, I dəstədə oynadığı vaxt keçirən komandamız Premyer Liqada 345, I dəstədə 72, Azərbaycan kubokunda da 72, avrokuboklarda 11 dəfə fərqlənib. Penaltilər seriyaları və nəticəsi ləğv olunan qarşılaşmalar nəzərə alınmamaqla vurulan bu topların 283-ü evdə, 216-sı səfərdə, 1-i neytral meydanda qeydə alınıb.
Bu, “qırmızı-qara” formada 39-cu görüşə çıxan Zenyovun 4-cü qoludur.
1-ci qol – İlqar İbrahimov (öz qapısına)
21.09.2005. “Göy-Göl” – “Şərur” – 8:0 (I dəstə)
100-cü qol – Vitali Balamestnı
07.04.2007. Gilan” – “Simurq” – 3:1 (Premyer Liqa)
200-cü qol – Tomaş Stolpa
20.11.2009. “Standard” – “Qəbələ” – 1:2 (Premyer Liqa)
300-cü qol – Viktor Mendi
29.04.2012. “Qəbələ” – “Bakı” – 4:0 (Premyer Liqa)
400-cü qol – Dodo
13.09.2014. “Simurq” – “Qəbələ” – 1:2 (Premyer Liqa)
500-cü qol – Sergey Zenyov
19.03.2016. “Qəbələ” – “Qarabağ” – 1:2 (Premyer Liqa)
saytlarin hazirlanmasi