"Qəbələ" bu gün başlayır

11:44 - 23 Mart 2016

AZAL üçün...

 

Azərbaycan Premyer Liqasının XXVI turunda doğma meydanda "Qarabağ"a 1:2 hesabı ilə məğlub olan "Qəbələ" istirahətə buraxılmışdı.

 

Klubdan Sportal.az-a verilən məlumata görə, Qəbələ təmsilçisi bu gün yenidən hazırlıqlara start verir. Komanda millilərdə çıxış edən futbolçuların yoxluğu səbəbi ilə tam heyətlə hazırlıq keçə bilməyəcək.

 

Qeyd edək ki, "Qəbələ" Premyer Liqanın XXVII turu çərçivəsində martın 30-u AZAL-ın qonağı olacaq.

Xəbər xətti