Dünən üçün iki məşq
Azərbaycan Premyer Liqasının XXVI turunun “Qarabağ”la oyunundan sonra 3 günlük istirahətə buraxılan “Qəbələ” hazırlıqlarını bərpa edib.
Sportal.az xəbər verir ki, "qırmızı-qaralar" dünən Qəbələ şəhər stadionunda bir araya gələrək məşqini gerçəkləşdirib. Günün ikinci yarısına təsadüf edən hazırlıq prosesi iki hissədən ibarət olub. Əvvəl fiziki hazırlıq keçən futbolçular sonra toplu çalışmalara üstünlük verib. Komandanın baş məşqçisi Roman Qriqorçukun rəhbərliyi altında baş tutan məşqdə milli komandaların düşərgəsində olan futbolçular iştirak etməyib. Ukraynalı mütəxəssis yığma üzvlərinin yoxluğunda əvəzedici komandanın qapıçısı Süleyman Süleymanovu hazırlıqlara cəlb edib. “Qəbələ” növbəti məşqini bu gün edəcək.
Xatırladaq ki, “qırmızı-qaralar” növbəti oyununu martın 30-da keçirəcək. Premyer Liqanın XXVII turunun qarşılaşmasında komanda AZAL-ın qonağı olacaq.
saytlarin hazirlanmasi