"Qəbələ"nin kapitanı "İnter"lə oyunu da buraxacaq

01:10 - 1 Aprel 2016

Dodo fərdi məşqlə kifayətlənir
 
Premyer Liqanın XXVII turunda AZAL-a (1-2) məğlub olan "Qəbələ”  istirahət etmədən "İnter"lə oyununun hazırlıqlarına başlayıb.  
 
Sportal.az xəbər verir ki, əyalət təmsilçisi bu matça ciddi itki ilə çıxacaq. Belə ki, AZAL-la qarşılaşmanı buraxan Dodo növbəti oyunda da komandasına kömək edə bilməyəcək.  Braziliyalı futbolçu hazırda fərdi məşqlərlə kifayəıtlənir.  O XXX turda "Sumqayıt”la qarşılaşma üçün tam vəziyyətdə hazır olacaq. 
 
Qeyd edək ki, "Qəbələ” – "İnter” oyunu aprelin 3-də baş tutacaq. 

Xəbər xətti